Rusiya Kiyevə 28 PUA ilə hücum edib, 2 nəfər ölüb, 4-ü yaralanıb

Rusiya Kiyevə 28 PUA ilə hücum edib, 2 nəfər ölüb, 4-ü yaralanıb
Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.

O, yaralıların xəstəxanaya yerləşdirildiyini söyləyib.

V.Kliçko həmçinin Kiyevə 28 PUA ilə hücum edildiyini, onlardan yalnız 5-nin şəhərdəki müxtəlif infrastrukturları vurduğunu, qalanlarının isə zərərsizləşdirildiyini açıqlayıb.

Qeyd edək ki, bu gecə Rusiya Ordusu İran istehsallı PUA-larla Kiyevə hücum edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...