ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı
ABŞ-ın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Gundeminfo.az-ın məlumatına əsasən, bununla bağlı XİN-in açıqlamasında bildirilir.

Oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb.

Azərbaycan müvəqqəti işlər vəkilinə baş vermiş hadisə ilə bağlı ciddi narahatlığını və narazılığını ifadə edib. Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
554 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...