Bayden Putinin nüvə silahından istifadə edəcəkmi sualına cavab verib

Bayden Putinin nüvə silahından istifadə edəcəkmi sualına cavab verib
ABŞ administrasiyası Rusiyanın Ukraynada taktiki nüvə silahından istifadə etməsi halında ABŞ-ın cavabını müzakirə edib.

“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden CNN-ə müsahibəsində deyib. “Bununla bağlı müzakirələr olub, amma nəyi bacarıb, nə edə bilməyəcəyimizi danışmaq məsuliyyətsizlik olardı”-deyə, o bildirib.

ABŞ prezidenti həmçinin, Rusiya lideri Vladimir Putinin Ukrayna münaqişəsində taktiki nüvə silahından istifadə edəcəyini düşünmür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
483 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...