Putinin Zaporojye AES-lə bağlı fərmanına Ukraynadan - CAVAD

Putinin Zaporojye AES-lə bağlı fərmanına Ukraynadan -
Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasını (AES) mənimsəmək cəhdini pisləyib və Rusiya Prezidenti Vladimir Putinin müvafiq fərmanını qüvvədən düşmüş hesab edib.

"Qafqazinfo" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Ukraynaya qarşı genişmiqyaslı təcavüzün başlanğıcından bəri Rusiya tərəfindən cinayətlərin və beynəlxalq hüququn kobud şəkildə pozulmasının uzun siyahısı bu gün daha bir belə vəhşiliklə - Zaporojye AES-ə nəzarəti ələ keçirmək üçün qanunsuz cəhdlə tamamlandı. Biz Rusiya Prezidentinin bununla bağlı müvafiq fərmanını qüvvədən düşmüş hesab edirik. Biz AES-in Rusiya tərəfindən işğalı ilə bağlı nüvə təhlükəsizliyi sahəsində riskləri və təhdidləri daha da gücləndirən bu cinayəti qətiyyətlə pisləyirik”, - bəyanatda qeyd edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
636 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...