Peskov Ermənistan mətbuatının iddiasını cəfəngiyyat adlandırdı

Peskov Ermənistan mətbuatının iddiasını cəfəngiyyat adlandırdı

Rəsmi Moskvanın guya Ermənistanı “Rusiya-Belarus İttifaqı”na daxil etməyə cəhd göstərməsi barədə məlumatlar cəfəngiyyatdır.

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan mediasının iddiasına münasibət bildirərkən deyib.

"Xeyr, növbəti cəfəngiyatdır", - Peskov jurnalistlərin bu iddianı şərh etmək xahişinə cavab olaraq bildirib.

Xatırladaq ki, sözügedən iddianı Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın rəhbərlik etdiyi "Aykakan ıamanak" qəzeti yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
602 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...