Tokayev Rusiyadan Qazaxıstana qaçanlardan danışdı
Rəsmi Astana səfərbərlikdən yayınaraq Qazaxıstana gələn rusların artması problemini həll etmək üçün Moskva ilə danışıqlar aparacaq. Modern.az xəbər verir ki, bunu Prezident Kasım-Jomart Tokayev bildirib.
"Son günlər Rusiyadan bizə çoxlu adamlar gəlir. Onların əksəriyyəti indiki ümidsiz vəziyyətə görə buna məcburdur. Biz onların qayğısına qalmalı, təhlükəsizliyini təmin etməliyik. Bu, siyasi və humanitar məsələdir. Mən göstəriş verdim ki, hökumət lazımi tədbirlər görsün”, - Tokayev deyib.
Prezident deyib: “Xaricdən gələn qonaqlara köməklik göstəriləcək, lakin onlara heç bir üstünlük verilməyəcək, bütün işlər qanunvericiliyə və üzərimizə düşən öhdəliklərə uyğun aparılmalıdır”. “Biz Rusiya tərəfi ilə danışıqlar aparacağıq və bu problemi ölkəmizin maraqları çərçivəsində həll edəcəyik”, - Tokayev bildirib.
Qazaxıstan prezidenti həmvətənlərini səbirli və mütəşəkkil olmağa çağırıb.
"Bu çətin vəziyyətdə ilk növbədə insanlıq, səbr və mütəşəkkillik nümayiş etdirməliyik. Bizdə nə böhran var, nə də panika. Hökumət öz işini görməlidir... Yenə də deyirəm: bu çətin dövrdə ilk növbədə bizə birlik və firavanlıq lazımdır. Yalnız ölkədə əmin-amanlığı qorumaqla biz sabit inkişaf edə biləcəyik. Biz bütün məsələləri ciddi müzakirə etməli və diqqətlə həll etməliyik”, - deyə o əlavə edib.
Tokayev bir qazax atalar sözünü xatırladıb: “Qonşularla yaxşı münasibətlər sülhün açarıdır".
555 dəfə oxundu