Devalvasiya Gülər Əhmədovaya da təsir edib
Sabiq deputat Gülər Əhmədova manatın devalvasiyasının – məzənnəsinin dəyişməsinin hamı kimi ona və ailəsinə də təsirsiz ötüşmədiyini bildirib. O, bu məsələdən giley-güzar edənləri real vəziyyəti nəzərə almağa şağırıb.
Modern.az-ın məlumatına görə, eks-deputat bildirib ki, iqtisadi cəhətdən nəhəng dövlətlərin apardığı siyasətin qarşısında 9 milyon əhalisi olan bir ölkə - Azərbaycan musiqi sifariş edə bilməzdi və manatın məzənnəsinin dəyişməsi qaçılmaz idi:
“Mən bir psixoloq kimi odun üstünə körüklə gedib, onsuz da tarıma cəkilmiş əsəbləri daha gərginləşdirə bilmərəm. Eyni zamanda, “intiharlar artacaq” deyən psixoloqlara da ucuz şöhrətə aldanıb peşə etikasını unutmamağı tövsiyə edirəm.
Bir inanclı adam olaraq həyatından bezib ölkəsindən qacaraq körpə balaları ilə birgə dənizlərdə ölümü belə, göz altına alan minlərlə insanı görüb, açıq səma altında yaşadığıma şükr edirəm.
Bir qadın, ana olaraq bilirəm ki, çətin iqtisadi dönəmlərin öz yeməkləri və yaşam tərzi var. Yeri gəlmişkən, TV-lərə yemək verilişlərində reallığı nəzərə almağı xahiş edirəm”.
Eks-deputat ölkə başçısının bu iqtisadi durumda seyrçi olmayacağına inandığını və xalqın həssas təbəqələri ilə bağlı gərəkən addımlari atacağına ümid etdiyi bildirib.
935 dəfə oxundu