"Birbaşa Kremlə məlumat vermişik, nüvə silahından istifadə etsələr..." - Baydenin müşaviri
ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan bildirib ki, Rusiya prezidenti Vladimir Putin nüvə silahından istifadə etməyə başlayarsa, Amerika Birləşmiş Ştatları buna qətiyyətlə cavab verəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, CBS-in "Face the Nation" proqramının aparıcısı Marqaret Brennan açıqlamasında danışıb.
“Biz birbaşa, özəl, çox yüksək səviyyədə Kremlə məlumat vermişik ki, nüvə silahının istənilən tətbiqinin Rusiya üçün fəlakətli nəticələri olacaq, ABŞ və müttəfiqlərimiz buna qəti şəkildə cavab verəcəklər. Biz bunun nəyə səbəb olacağı barədə aydın və konkret danışdıq”, - deyə Sallivan bildirib.
Qeyd edək ki, daha əvvəl – 21 sentyabrda Rusiya Prezidenti Vladimir Putin xalqa müraciəti zamanı “Rusiyanı və xalqı qorumaq üçün” əllərində olan bütün vasitələrdən istifadə edəcəklərini bildirmişdi:
"Nüvə şantajından da istifadə olunub. Söhbət təkcə Qərbin təşviq etdiyi Zaporojye AES-in atəşə tutulması və nüvə fəlakəti təhlükəsi ilə bağlı deyil, həm də NATO-nun aparıcı dövlətlərinin bəzi yüksək rütbəli nümayəndələrinin nüvə fəlakəti ilə bağlı bəyanatlarından gedir. Rusiyaya qarşı kütləvi qırğın silahlarından - nüvə silahlarından istifadənin mümkünlüyü ilə bağlı bəyanatlardan. Rusiya ilə bağlı bu cür bəyanatlara yol verənlərə xatırlatmaq istəyirəm ki, bizim ölkəmiz də müxtəlif məhvetmə vasitələrinə malikdir və bəzi komponentlərində NATO ölkələrindən daha müasirdir. Və ərazi bütövlüyünə təhlükə yaranarsa, Rusiyanı və xalqımızı qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik, bu, blef deyil”.
499 dəfə oxundu