"Azərbaycan bütün səviyyələrdə Ukraynaya yardım göstərir"
"Azərbaycan bütün səviyyələrdə Ukraynaya yardım göstərir. Üstəlik, Azərbaycan bu müharibədən düzgün nəticələr çıxarır".
Bunu “Report” un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.
O bildirib ki, XXI əsrdə bütün dünyada, həmçinin Azərbaycanda insanlar azadlığın qan tökməklə əldə olunduğunu başa düşürlər:
"Azadlıq asan şəkildə əldə olunmur. Başa düşürük ki, Azərbaycan cəmiyyəti bizim addımlarımızı bölüşür. Əgər sənə tərəf böyük imperiya, səni diz çökdürməyə çalışan böyük ölkə gəlirsə və sən heç vaxt diz çökməyəcəyini deyirsənsə, bu, mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə bir çoxları problemlərdən üz döndərən, onu həll etməkdən, öz üzərinə məsuliyyət götürməkdən imtina edən zaman, bu, vacib davranışdır. Xarici siyasətlə cəmiyyətə aid olan daxili vəziyyəti ayırmaq lazımdır".
Podolyak, Azərbaycanın Ukraynanın tərəfində olduğuna şübhə etmədiyini vurğulayıb: “Ukrayna müharibədə qalib gəlməsə, nə nəticə olacağı açıq şəkildə görünür.
Digər məsələ hökumətin mövqeyidir. Hökumətin mövqeyi bir çox amillərə əsasən müəyyənləşə bilər. Burada həm daxili, həm də xarici amillər var. Buna uyğun olaraq başa düşürük ki, hökumətlər üçün öz mövqelərini birmənalı şəkildə ifadə etmək çox vaxt çətindir. Buraya iqtisadiyyat, biznes, maliyyə məsələləri daxildir. Buna baxmayaraq, hesab edirik ki, Azərbaycan digər tərəfdaşlarımızla, xüsusilə Türkiyə ilə birlikdə bu münaqişə ilə bağlı kifayət qədər aydın mövqe tutur. Müxtəlif ölkələr tərəfindən daha çox hərbi yardım göstərilməsini, informasiya kampaniyaları çərçivəsində ictimai dəstəyin həyata keçirilməsini, Rusiyanın etdiklərinə qarşı rəsmi səviyyədə daha sərt münasibətin göstərilməsini istərdik. Lakin müxtəlif hökumətlərin fərqli səbəblərə görə bunu edə bilməməsini başa düşürük".
Müsahibənin tam mətnini burada oxuya bilərsiniz.
549 dəfə oxundu