Paşinyanın Ermənistanda əsas rəqibi kimdir?
“Nikol Paşinyanın Ermənistanda əsas rəqibi kimdir? Beləsi olmadığına görə Paşinyanı devirə bilmirlər, çünki erməni cəmiyyətinin əksər hissəsi ona alternativ görmür”.
Gundeminfo.az-ın məlumatına görə, bunu Ermənistandakı siyasi durumu şərh edən politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, eks-prezident Serj Sarkisyanın hakimiyyəti laxlayanda qarşısında Nikol Paşinyanı gördü, erməni cəmiyyəti onun arxasınca gedib hakimiyyətə gətirdi.
“Paşinyanın ciddi rəqibi olsaydı, İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra parlament seçkisində məğlub olardı. Əksinə, Paşinyan parlamentdəki mövqeyini gücləndirdi”.
Siyasi şərhçi deyir ki, keçmiş prezdent Serj Sarkisyan ortada yoxdur, çəkilib kənara, çünki nüfuzunun olmadığını bilir. Digər keçmiş prezident Robert Köçəryan isə müxalifətin liderliyinə iddialıdır.
“Ancaq o, parlamentə getməyi özünə sığışdırmayıb, “Hayastan” adlı fraksiyasını keçmiş müdafiə naziri Seyran Ohanyana tapşırıb. Köçəryan küçə mitinqlərinə də qatılmır, hər dəfə oğlunu göndərir. Özünü həm parlamentdən, həm də küçə mübarizəsindən yüksəkdə tutur. Ancaq Köçəryan tam passiv görünməsin deyə bu gün tərəfdarlarıyla İrəvandakı “Moskva” (siyasətinə uyğun məkan seçib) kinoteatrında görüş keçirib. Görüş mətbuata qapalı şəkildə keçirilib. Köçəryan növbəti günlərdə mətbuat konfransı keçirməyi düşünür”.
E.Şahinoğlunun sözlərinə görə, əgər Robert Köçəryan fəal siyasətə qayırdarsa, qarşısına iki hədəfi almış olacaq: Nikol Paşinyana qarşı istefa hərəkatını genişləndirmək və Ermənistanın Rusiyanın orbitindən çıxmasını qarşısını almaq.
“Köçəryan hər ikisinə nail olmaq üçün Kremldən dəstək istəyəcək”, - E.Şahinoğlu deyib.
530 dəfə oxundu