"Səhər saatlarından İsfahan və Təbrizdən ordu hissələri Tehrana aparılıb" - İqbal Ağazadə

"Səhər saatlarından İsfahan və Təbrizdən ordu hissələri Tehrana aparılıb" -
"İranda ciddi hərəkətlənmə başlayıb. Bu gün səhər saatlarından İsfahan və Təbrizdən ordu hissələri Tehrana aparılıb".

GUNDEMİNFO.AZ xəbər verir ki, bunu Ümid partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadə sosial şəbəkə hesabından paylaşıb.

Partiya sədrinin paylaşımını təqdim edirik:

"Güman edilən versiya budur ki, İranın dini rəhbəri Xameneyi dünyasını dəyişib.

Hakimiyyət içərisində ciddi qarşıdurma var. Yeni dini rəhbərin kim olacağı barədə bir neçə qrup və maraqlı dövlətlərin mübarizəsi gedir.

Güney Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayacaq. Bunu bilən fars hakimiyyəti Güneyli liderlərin və fəalların hərəkətlərini, evlərini tam nəzarətə götürüb. Həbslər və terror da gözlənilir.

Güneyli soydaşlarımızı birliyə və ayıq-sayıqlığa, vahid mövqe nümayiş etdirməyə çağırıram.

Hər kəs bir nəfər üçün, hamı AZƏRBAYCAN üçün...

Heç bir təxribata uymadan, vahid milli cəbhədə birləşərək, addım-addım istiqlalımıza yürüməliyik.
Rejimi kimsə qoruya bilməyəcək. Biz Güney Azərbaycanın istiqlalı üçün sistemli, ardıcıl, qətiyyətli mübarizə dönəminə qədəm qoyuruq.
Qazavatımız mübarək olsun!

Tanrı istiqlal mücadiləmizdə bizi utandırmasın.
Hər şey Azərbaycan və onun bütövlüyü üçün!"



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
604 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...