Vahid Əhmədov: “Rusiya ilə heç bir yaxınlaşma olmamalıdır”
“Baş nazir Əli Əsədovun Qırğızıstanın Çolpon-Ata şəhərində Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməsi, ola bilər, müəyyən məsələlərlə əlaqədardır. Bunu araşdırmaq lazımdır. Baş nazirin orada iştirakının Azərbaycanın Rusiyaya meyillənməsi ilə əlaqələndirilməsini qəbul etmirəm. Siyasi baxımdan bu, çox çətindir. Çünki Azərbaycan özü elə bir bölgədə yerləşir, Rusiya kimi böyük bir dövlətlə müharibə aparan deyil ki. Müəyyən məsələlərə görə razılaşmalar əldə olunub. Bunlar Qarabağla bağlı məsələlərdir. Düzdür, Ordumuz torpaqları azad etdi. Müəyyən məsələlər var ki, mətbuatda çox getmir. Ümumiyyətlə, hesab edirəm ki, dünyada gedən proseslər, Rusiya-Ukrayna müharibəsi, Rusiyaya qarşı olan təzyiqlər, sanksiyalar Azərbaycanı yavaş-yavaş bu mövqedən uzaqlaşdırmağa sövq etməlidir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
Deputat bildirib ki, cənab Prezident İlham Əliyev Azərbaycanın daha çox Türkiyə vasitəsilə Avropaya və s. inteqrasiya etməsinə yönəlik siyasət aparır: “Bu, göz qabağındadır. Amma ümumi götürəndə, dövlətin apardığı siyasətdə Rusiya ilə heç bir yaxınlaşma olmamalıdır. Azərbaycan müstəqil siyasətini aparmalıdır. Türkiyə dövləti ilə strateji müttəfiq, bir dövlət, iki millətik. Bütün məsələləri Türkiyə ilə birgə aparırıq. Qardaş ölkə bizi beynəlxalq aləmdə müdafiə edir. Türkiyə vasitəsilə Avropa ilə əlaqələr yaradırıq və s. Ona görə də bu tip məsələlər hamısı ön plana çəkilməlidir. Hiss edirəm ki, bu siyasət yavaş-yavaş daha da dərinləşir. Gözləmirəm ki, Baş nazirin orada iştirakı Azərbaycana ziyan versin. Aydındır, Rusiya harda varsa, orada işğalçılıq olur. Qarabağ məsələsini kim yaratmışdı? Başqa dövlətlər yaratmamışdı ki... Sovet vaxtında yaranmışdı, Rusiya onu davam etdirdi. Bu gün də çalışırlar ki, Qarabağda sülhməramlı qüvvələr arasında ordularını qoruyub-saxlasınlar. Yəni bu, var...”
Deputat bildirib ki, nə qədər desələr də, qüvvəsi sarsılıb, yenə də hələlik Rusiya gücü olan dövlətdir: “Ona görə də ehtiyatlı siyasət aparmaq lazımdır. Biz hər şeyi ağarda bilmərik. Birbaşa bütün əlaqələri kəsmək olmaz. Bu, bir az ağır məsələdir. Həmişə demişəm, Rusiya dövlətinin faktiki olaraq ən böyük strateji siyasəti işğal etmək, dövlətləri əsarət altında saxlamaqdan ibarətdir. Azərbaycan güclü dövlətdir, güclü Ordusu var. Dövlət başçısı faktiki olaraq sərbəst siyasət aparır. Lakin müəyyən məqamlar var ki, biz Rusiya ilə razılaşdırırıq. Qonşumuzdur, nə Rusiya buradan köçüb gedəcək, nə də biz. Rusiyanın elə tədbirləri var ki, düşünürəm, Azərbaycan iştirak etməməlidir. Axı biz bəzi məsələləri dərindən bilmirik, onları araşdırmağa ehtiyac var. Düşünmürəm ki, Azərbaycan Rusiyaya doğru daha çox meyillənir və s. Çünki hazırda Rusiyaya meyillənən elə bir dövlət yoxdur. Rusiyanın taleyi artıq göz qabağındadır və nə ilə yekunlaşacağını da siyasətçilərin hamısı bilir. Xüsusilə Ukrayna ilə müharibədən sonra Rusiya bu gün dünyadan təcrid olunmuş bir dövlətə çevrilib. Müharibə bitəndən sonra ciddi problemlər yaşana bilər”.
V.Əhmədov Baş nazirin Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirakının Azərbaycanın milli mənafelərinə zidd olması ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: “Azərbaycanın milli mənafeyinə zidd olan heç bir siyasət aparıla bilməz. İnanmıram ki, belə addımlar atılsın. Xalq artıq o xalq deyil, tamamilə başqa xalqdır. İstər Milli Məclis, istər gənclər daha çox Azərbaycanın Avropaya inteqrasiyasının tərəfdarıdır. Çalışacağıq ki, bunu həyata keçirək, Azərbaycan inkişaf etmiş dövlətlərlə bir yerdə olsun”.
510 dəfə oxundu