“Ermənistanı dalan və təcrid gözləyir” - Dmitri Solonnikov

“Ermənistanı dalan və təcrid gözləyir” -
“Ermənistan cəmiyyətinin bir hissəsi və ümid edirəm ki, bu hissə çoxluqdan ibarətdir, anlayır ki, indiki vəziyyətdə yeganə pozitiv çıxış yolu Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasıdır, bu isə Azərbaycanı Naxçıvanla, Türkiyəni Ermənistan və Azərbaycan vasitəsilə Rusiya ilə birləşdirməli olan nəqliyyat dəhlizi deməkdir”.

Bu fikri rusiyalı politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov Oxu.Az-a açıqlamasında söyləyib.

D.Solonnikov vurğulayıb ki, yuxarıda qeyd etdiyi fikirlər Cənubi Qafqazın xeyrinə olacaq və yalnız bununla Ermənistan üçün müəyyən iqtisadi inkişaf perspektivi yarana bilər.

“Əks halda, Ermənistanı 30 il davam edən fəaliyyətinin sonunda dalan və təcrid gözləyir. Bu isə onlara heç bir müsbət bir şey gətirməyib və gətirməyəcək. Mənə elə gəlir ki, Ermənistanda əksəriyyət inkişafın yalnız bir müsbət yolda olduğunu başa düşür.

Bununla belə, İrəvandakı bir sıra radikal dairələrin istifadə etməyə çalışdıqları anlıq siyasi faydalar var. Rusiyaya qarşı təhdidlərin səsləndiyi mitinqlər başlayır. Ermənistan rəhbərliyinin bəzi nümayəndələri özləri üçün qorxur, həm də radikalların onları vəzifələrindən uzaqlaşdıracağından narahatdırlar. Bu səbəbdən onlar qisasçıların meydanında oynayırlar. Bu, Ermənistana müsbət heç nə gətirməyəcək, amma belə tendensiyalar var.

Beləliklə, iki əks hərəkət yaranır. Bir tərəfdən Ermənistanın baş naziri nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsinin zəruriliyindən danışır, digər tərəfdən isə fərqli dalğa işə salınır. Bu, mənasızdır, amma qeyd etdiyim məqamlar baş verir”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
532 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...