Qazaxıstan Azərbaycanın köməyi ilə Rusiyadan xilas olmaq istəyir

Qazaxıstan Azərbaycanın köməyi ilə Rusiyadan xilas olmaq istəyir
“Qazaxıstan son illərdə öz neftini alternativ yollarla kənara çıxarmağa çalışır. Tək Rusiyanın Novorossiysk limanı vasitəsilə öz neftini xaricə ixrac etmək Qazaxıstan üçün təkmərkəzli kollaps yaradır. Son zamanlar isə iki ölkə arasında bununla bağlı ciddi narazılıq yaranıb. Qazaxıstana neftini xaricə çıxara bilmək üçün ən cəlbedici olan Bakı-Tiblisi-Ceyhan boru kəməridir. Belə hesab edirəm ki, avqustun sonu və sentyabrın əvvəlində bununla bağlı əlimizdə real nəticələr olacaq”.

Bu fikirləri Bizim.Media ilə politoloq Tural İsmayılov bölüşüb.

Politoloqun sözlərinə görə, Qazaxıstan nefti 2023-cü ildən sonra isə Avropa bazarına Bakı-Supsa kəməri vasitəsilə həyata keçiriləcək və bu faktor Azərbaycanı Mərkəzi Asiyada söz sahibinə çevirəcək:

“Amma Qazaxıstan neftinin dünya bazarına çıxarılmasının yeganə tranziti olan Rusiyanın, məhz mavi yanacaq sahəsində yeni qurulacaq Qazaxıstan-Azərbaycan əməkdaşlığına yanaşması heç də ürəkaçan olmayacaq. Hərçənd, Rusiyanın mövcud vəziyyəti onunla tranzit kimi əməkdaşlıq edən dövlətləri də çətin vəziyyətə salıb. Son baş verən hadisələrdən sonra bu ölkələr bir növ özlərini sığortalamaq üçün Avropa bazarına yeni çıxış imkanları axtarırlar. Bu mənada Azərbaycan ən dayanıqlı tərəfdaşdır”.

Ekspert sonda onu da qeyd edib ki, ola bilər informasiya hücumları və Rusiya faktorunu nəzərə alaraq Qazaxıstan prezidenti Bakıdakı çıxışlarında neft-qaz məsələlərini səsləndirmədi:

“Amma prezidentlərin təkbətək görüşlərində Qazaxıstan neftinin Azərbaycan vasitəsilə xaricə, xüsusən də Avropa bazarına daşınması vacib mövzulardan biri olub”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
729 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...