"Bu şəxslərə ödənişli yerləri seçmək məsləhət görülmür"
"İxtisas seçimi zamanı 15 kodu, yəni ixtisası ərizəyə daxil etmək imkanı verilir. Kimsə 1, kimsə 5, kimsə də bütün yerləri yaza bilər. Əsas odur ki, bu ardıcıllıq istəyin azalması istiqamətində olsun".
Gundeminfo.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib.
O bildirib ki, şəxs ən çox istədiyi ixtisası birinci yerdə yazmalıdır: "İstəmədiyiniz ixtisası ilk yerlərdə yazsanız və həmin ixtisasa qəbul olsanız, müsabiqədən sonra balınızın daha çox istədiyiniz, amma daha aşağı yerlərdə yazdığınız ixtisasa çatdığını görəndə artıq gec olacaq. Amma nəzərə alınmalıdır ki, müsabiqə zamanı üstünlük yalnız imtahan nəticəsinə verilir, yəni müsabiqə zamanı daha yuxarı bal toplayan abituriyent hər hansı ixtisası sonuncu yerdə yazsa belə o, həmin ixtisası birinci yerdə yazan, lakin daha aşağı bal toplayan abituriyentdən üstün olur".
"Ödənişli oxuya bilməyəcək şəxslərə ixtisas seçimi zamanı ödənişli yerləri seçmək məsləhət görülmür. Həmin şəxs ödənişli oxumaq istəyən şəxslərin yerini tutur", - o bildirib.
663 dəfə oxundu