""İmam Mehdi" qayıtsa, ilk mübarizəyə başlayacağı şəxslər elə bunlar olacaq" - Siyavuş Novruzov

""İmam Mehdi" qayıtsa, ilk mübarizəyə başlayacağı şəxslər elə bunlar olacaq" -
“Azərbaycanda dini ayrı-seçkilik yoxdur. Bütün dünyada Azərbaycan tolerantlığın ünvanı kimi göstərilir. Ölkəmizdə çoxsaylı mədəni və dini tədbirlər keçirilir. Heydər Əliyev Fondu tərəfindən keçirilən dinlərarası, mədəniyyətlərarası əlaqələrlə bağlı çoxsaylı böyük tədbirləri xüsusilə qeyd etmək lazımdır. Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə istər xristian, istər yəhudi, istərsə də müsəlman mədəni və dini abidələrin bərpası işlərinə böyük kömək göstərilir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda “Qurani-Kərim”də adları sadalanan dinlərlərlə bağlı heç bir problem yoxdur. Mövcud olan dini baxışa görə heç bir təriqətlər arasında hər hansı problem mövcud deyil. Burada hamı birlik nümayiş etdirir, bir yerdə namaz qılırlar, müxtəlif tədbirlər həyata keçirirlər”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Londonda həyata keçirilən təxribatın dinə heç bir aidiyyatı yoxdur: “Bu adamlar özlərini “İmam Mehdi”nin davamçıları adlandırırlar. Yaxşı, belədirsə, onda Xocalıda dininə görə insanlara qarşı terror aktı törədiləndə, azərbaycanlılar dini baxımdan etnik təmizləməyə məruz qalanda səsləri niyə çıxmırdı? Vaxtilə işğal olunmuş ərazilərimizdə məscidlər dağıdılıb, təhqir ediləndə onların heç biri özlərini İslamın dayağı kimi göstərmədilər. Sadəcə, hanısa təşkilata, qrupa xidmət edirlər və “İmam Mehdi” ilə heç bir əlaqəsi yoxdur. “İmam Mehdi” qayıtsa, ilk mübarizəyə başlayacağı şəxslər elə bunlar olacaq. Çünki bu insanlar onun adına, onun missiyasına xələl gətirilər. Azərbaycan Aşura günündə qanvermə aksiyası keçirməklə, bayrağına sadiq olmaq və dövlətini müdafiə etməklə bir daha göstərdi ki, tolerant ölkədir. Ölkəmizdə din, dövlət, iqtidar-xalq hamı birdir. Ona görə də Azərbaycana qarşı törədilən belə təxribatlar keçərli deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
813 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...