“Buradakı havadarları tapılıb ən ağır cəzaya məhkum edilməlidir”
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Böyük Britaniyadakı səfirliyi dini radikal qrupun hücumuna məruz qalıb. Sözügedən təxribat həm ölkə daxilində, həm də xaricində yaşayan soydaşlarımız tərəfindən ən kəskin şəkildə qınanılıb.
Məsələyə Azərbaycan müxalifətinin nümayəndələri də münasibət bildirərək bu hücumu qəti şəkildə pisləyib.
“Qafqazinfo” müxalif liderlərin məsələ ilə bağlı fikirlərini təqdim edir:
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu bildirib ki, Londonda dövlətimizə qarşı terror, suverenliyimizə təcavüz olub: “Bu gün Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb və ələ keçirilib. Beynəlxalq hüquqa görə səfirlik binası Azərbaycan Respublikasının ərazisi hesab edilir, onun toxunulmazlığı mövcuddur. Bu vandalizmi qətiyyətlə pisləyirəm və cinayətkarların cəzalandırılmasını tələb edirəm”.
Müsavat partiyasının başqanı Arif Hacılı vurğulayıb ki, Londondakı səfirliyimizə terror hücumu olub, dövlətimiz və milli bayrağımız təhqir edilib: “Bu, bir binaya, bir səfirliyə olan hücum deyil, bu, Azərbaycan dövlətinə qarşı hücumdur. Bu aksiyanı təşkil edənlər, onların hər hansı ölkədə, o cümlədən Azərbaycanda olan havadarları tapılıb layiq olduqları ən ağır cəzaya məhkum edilməlidir”.
Ümid partiyasının lideri İqbal Ağazadə qeyd edib ki, partiya olaraq Böyük Britaniya hökumətindən olaya ciddi hüquqi münasibət gözlənilir: “Londondakı Böyük Elçiliyimizin binasına hücum və bayrağımızın endirilərək yerinə dini bayrağın qaldırılması bir çox mətləblərdən xəbər verir.
Ümid Partiyası olaraq bu olayı qətiyyətlə pisləyir və Böyük Britaniya hökumətindən olaya ciddi hüquqi münasibət gözləyirik.
Daxildə artıq bir çoxları anlamalıdır ki, Azərbaycanımızı sevməyən qüvvələr xaricdə törətdikləri bu qanunazidd hərəkətləri ölkə içinə daşımağa çalışacaq və dövlətimizin dayaqlarını sarsıtmağı əsas hədəfləri seçəcəklər”.
REAL partiyasının sədri İlqar Məmmədov olayı qəti şəkildə pislədiyini qeyd edib: “Londondakı səfirliyimizə bugünkü hücumun çox tez və keyfiyyətli təhqiq ediləcəyinə şübhəm azdır. Belə hücumlar adətən kimlərinsə ona emosional cavab verəcəyinə hesablanır və aksiyanın uğuru onun aranı qarışdırması dərəcəsi ilə ölçülür. Odur ki, qətiyyətlə pisləməklə yanaşı, təmkinli şəkildə təhqiqatın nəticələrini gözləyək”.
647 dəfə oxundu