Yoluxanların sayı artır, bizi nə gözləyir? - "Bəlkə də gizli hansısa maraqları var"

Yoluxanların sayı artır, bizi nə gözləyir? -

“Artıq aylardır ki, mən də, digər bu məsələyə obyektiv yanaşma edən həkimlər, alimlər də bu prosesi izah edirik ki, virus artıq dəfələrlə mutasiyaya uğrayıb və onun öldürücülük və ağır xəstəlik yaratma qabiliyyəti azalıb”.
Bunu Yeniavaz.com-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, radioloq-həkim Aydın Əliyev deyib.
O bildirib ki, yoluxma sayının artmasının əhəmiyyəti yoxdur:
“Yoluxma sayının artmasının heç zərrə qədər də önəmi yoxdur. Məgər qripə yoluxanda karantin olur? Dünyada bir milyard insan hər il qripə yoluxur, bu virus pandemiya elan olunur? Artıq COVID-19 da zəifləyib, qrip kimi keçirilən bir xəstəlikdir. Gündəlik 10 min yoluxma olsa belə, yenə də bunun qorxusu yoxdur.
Düzdür, müvafiq qurumları tənqid edirik. Amma, bəlkə də onların bizim bilmədiyimiz, gizli hansısa maraqları var. Aidiyyəti qurumlar tövsiyə xarakterli buyurublar ki, insanlar müəyyən bir qaydalardan istifadə etsinlər. Tövsiyə xarakterli ola bilər, amma qəti şəkildə məcburiyyət olmaz. Qəti şəkildə nə peyvənd, nə də maska məcburiyyəti olmaz. Bu məcburiyyətlər yol verilməzdir. Çünki bunun insanlarda yaratdığı sarsıntı, əsəb gərginlik daha çox ziyan verir, nəinki qrip kimi, yoluxub sağalacağı bir virus.
Hazırda bizim ölkəmiz üçün pandemiya bitib, yoluxma sayının təhlükəsi yoxdur.
Statistikada göstərilən ölüm sayları əsaslandırılmayıb. Ölümü təsdiq etmək üçün pataloji-anatomik müayinə lazımdır. Test nəticələri pozitiv çıxan hansı dünyasın dəyişmiş şəxsə bu müayinələr aparılıb?”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
617 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...