İran və İsrailin Azərbaycandakı səfirləri arasında gərginlik FOTOLAR

İran və İsrailin Azərbaycandakı səfirləri arasında gərginlik
İran və İsrailin Azərbaycandakı səfirlikləri arasında gərginlik yaşanıb.

Gundeminfo.az-ın məlumatına görə, belə ki, İsrailin Azərbaycandakı səfiri Corc Dikin öz rəsmi tviter hesabında Təbrizdə Azərbaycan tarixi və mədəniyyətini öyrənməsi ilə bağlı paylaşımına iranlı həmkarı reaksiya verib.

İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi tvitter hesabında Corc Dikin bu postuna belə cavab verib: “Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!” – deyə qeyd edib.

Bununla yanaşı, İranın Azərbaycandakı səfirliyi də iranlı səfirin bu postunu paylaşıb.

Xatırladaq ki, İsrail səfiri dünənki paylaşımında bu sözləri yazmışdı: “Bu yaxınlarda mənə hədiyyə edilən bu möhtəşəm kitabdan Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz, bu günlərdə nə oxuyursunuz?”

Səfirin bu tviti sosial şəbəkədə maraqla qarşılanıb. Ona şərh yazanlar Corc Dikin İranın Ali rəhbəri Əli Xameneinin bu yaxınlarda Azərbaycanla bağlı etdiyi paylaşımına eyham vurduğunu güman ediblər.

Əli Xamenei isə tviterdə belə bir paylaşım etmişdi: “Biz Qarabağın Azərbaycana qaytarılmasına sevinirik. Təbii ki, bu işdə İran-Ermənistan sərhədini bağlamaq siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illik rabitə yoludur”.


İran və İsrailin Azərbaycandakı səfirləri arasında gərginlik
İran və İsrailin Azərbaycandakı səfirləri arasında gərginlik
İran və İsrailin Azərbaycandakı səfirləri arasında gərginlik
İran və İsrailin Azərbaycandakı səfirləri arasında gərginlik



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
590 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...