«Onu da deməliyəm, vasitəçilər bizə müxtəlif variantlar təklif edirdi»

«Onu da deməliyəm, vasitəçilər bizə müxtəlif variantlar təklif edirdi»
Azərbaycan Ermənistan münaqişəsinin dinc yolu ilə həlli müzakirə ediləndə vasitəçilər Azərbayxan tərəfinə müxtəlif variantlar təklif edirdilər, amma Azərbaycan həmişə bütün rayonların azad edilməsini tələb edib.

Gundeminfo.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Silahlı Qüvvələr Günündə Kəlbəcərə səfəri zamanı yeni hərbir hissənin açılışında çıxışında bildirib.

«Onu da deməliyəm, işğal dövründə müxtəlif variantlar müzakirə olunurdu, vasitəçilər tərəfindən bizə müxtəlif variantlar təklif edilirdi. Bütün bu variantlarda Kəlbəcərin Azərbaycana qaytarılması məsələsi ayrıca mövzu kimi gündəlikdə idi.

Mən hər zaman deyirdim ki, biz bütün torpaqları geri almalıyıq. Beş rayonla biz kifayətlənə bilmərik. Kəlbəcər, Laçın, Şuşa, digər rayonlar da bizdə olmalıdır, bu, bizim tarixi torpağımızdır, dədə-babalarımızın diyarıdır və buna nail olduq. Kəlbəcərdə bu hərbi bayramı keçirmək əlavə zövq verir, bizim qəlbimizi daha da böyük qürurla doldurur»-deyə prezident bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
959 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...