Sülhməramlılar iyulun 1-dən Laçından çıxarılacaq – Qərar VERİLİB

Sülhməramlılar iyulun 1-dən Laçından çıxarılacaq –
“Laçın dəhlizinə alternativ yol həmin istiqamətdə Azərbaycanın mövqelərinin möhkəmləndirilməsinə xidmət edəcək”.

Bunu Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Bu ilin iyulun 1-də Laçın dəhlizinə 28 km. uzunluğunda olan alternativ yolun istifadəyə verilməsi məsələsini şərh edən ekspert layihənin verəcəyi üstünlüklərdən danışıb:

“Alternativ yol ilk növbədə Laçın şəhəri ərazisinin ermənilərdən alınması və sülhməramlı qüvvələrdən boşaldılması demək olacaq. Həmin alternativ yolun çəkilməsində Azərbaycanın əsas məqsədi məhz budur. Çünki, məsələnin bu cür qoyuluşu Azərbaycan Ordusu üçün hərbi-strateji baxımdan mühüm əhəmiyyət daşıyır.

Məsələnin humanitar tərəfinə gəldikdə, azərbaycanlılar həmin ərazilərə köçürüləcək və burada infrastruktur möhkəmləndiriləcək.

Mövcud vəziyyətdə Laçın şəhəri daxil həmin ərazidə Azərbaycanın yeni hərbi infrastrukturu formalaşacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...