Venesuela Prezidenti Türkiyədə səfərdədir

Venesuela Prezidenti Türkiyədə səfərdədir
Venesuela Prezidenti Nikolas Maduro iyunun 8-də Türkiyədə rəsmi səfərdədir.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan venesuelalı qonağı Ankarada Beştəpədə qəbul edəcək.

Bildirilib ki, görüşlərdə iqtisadi əməkdaşlıq başda olmaqla iki ölkə arasında əlaqələr və regional məsələr müzakirə olunacaq.

Məlumata əsasən, 2021-ci ildə iki ölkə arasında ticarət əlaqəsi 300 dəfə artıb. Bu il isə ticarət əlaqələrinin 1,5 milyard dollara çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Nikolas Maduro 4 il əvvəl Türkiyədə səfərdə olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1414 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...