Əli Əliyev aclıq aksiyasını dayandırdı

Əli Əliyev aclıq aksiyasını dayandırdı

Ötən gün Yasamal Rayon Məhkəməsində keçirilən prosesdən sonra Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev aclıq aksiyasına başladığını söyləmişdi.

Gundeminfo.az “Unikal”a istinadən xəbər verir ki, Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasının rəhbərliyinin profilaktik söhbətlərindən sonra Əli Əliyev başladığı aclıq aksiyasını dayandırıb.

Qeyd edək ki, VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya düşən DSX-yə məxsus “Mi-17” tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 6 ay müddətinə azadlıqdan məhrum olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
782 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...