Kreml Medvedçuku Mariupolun müdafiəçiləri ilə dəyişmək istəmir - SƏBƏB

Kreml Medvedçuku Mariupolun müdafiəçiləri ilə dəyişmək istəmir -
Kreml “Azovstal”dan olan ukraynalı döyüşçüləri Viktor Medvedçuka dəyişmək niyyətində deyil, çünki onlar “fərqli kateqoriyalı insanlardır”.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib.

“Medvedçuk Ukrayna vətəndaşıdır. Onun Rusiya ilə heç bir əlaqəsi yoxdur və o, hərbçi deyil. “Azovstal”da təslim olan şəxslərə gəldikdə isə söhbət hərbçilərdən və millətçi birləşmələrin üzvlərindən gedir. Bunlar tamamilə fərqli kateqoriyalı insanlardır və burada hər-hansı mübadilədən danışmaq, çətin ki, mümkün olsun”.

Daha öncə Prezident Volodimir Zelenski Rusiyaya Viktor Medvedçuku Ukrayna vətəndaşları ilə dəyişməyi təklif etmişdi. Deputatın həyat yoldaşı Oksana Marçenko ilə Medvedçukun özü mübadilə üçün müraciət etmişdilər. Medvedçuk onu Mariupolun müdafiəçiləri və sakinləri ilə dəyişdirməyi təklif etmişdi.

Kreml isə Ukrayna hərbçilərinin azad edilməsi müqabilində Medvedçukun geri alınması imkanını nəzərdən keçirmir.

Mənbə: Ukrainskaya pravda




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1685 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...