Əfv Komissiyasının iclasları başa çatıb, siyahı Prezidentə təqdim ediləcək

Əfv Komissiyasının iclasları başa çatıb, siyahı Prezidentə təqdim ediləcək
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

“Report” xəbər verir ki, bununla da Komissiyanın iclasları başa çatıb.

Belə ki, bugünkü iclasda 100-dən çox müraciətə baxılıb. Bununla da ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb.

Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunacaq. Dövlət başçısının 28 May - Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...