Rusiya-Ukrayna müharibəsi: ABŞ-la Rusiyanın “çekist” sövdələşməsi – TƏHLİL
Rusiya-Ukrayna müharibəsinin gedişatı qara nöqtələrin sayını artırır, ortaya indiki vəziyyət və onun hansı perspektivlər doğuracağına dair çoxsaylı suallar çıxır.
Perspektivə strateji baxışlar bulanıqdır, amma situasiya Qərbin Rusiyanı istədiyi bataqlığa saldığını göstərir.
Finlandiyanın NATO-ya üzvlüyü məsələsi Rusiya üçün təhdiddir, lakin Moskvanın Ukraynadakı itkilərdən sonra Finlandiya cəbhəsinə hansı güclə çıxacağı bəlli deyil. Bununla belə, əgər Finlandiya və İsveç Rusiyanın rəqibi olan NATO ailəsinin tərkibinə daxil olsalar, Moskva hansısa formada buna cavab verəcək.
ABŞ və Britaniya özlərini birbaşa müharibənin içərisinə atmırlar, amma Vaşinqton Londondan fərqli olaraq özü üçün böyük təhlükə olduqda yaxasını kənara çəkə bilən arqumentlər formalaşdıra bilir.
ABŞ-ın yüksək səviyyəli siyasətçilərinin portfelinə və kəşfiyyat dairələrinin seyflərinə əli çatan “Washington Post” qəzeti Ağ Evin ehtiyatlılıq dərəcəsini artırmasına dair məqalə yayımlayıb.
Məqalənin ana xətti: ABŞ Rusiya ilə münasibətləri gərginləşdirməmək üçün Ukrayna ilə kəşfiyyat mübadiləsinə məhdudiyyətlər qoyub. Yəni məlumata görə, ABŞ Rusiyanın yüksək rütbəli hərbçilərinin koordinatlarını Ukraynaya ötürməyəcək. Bundan başqa, Ukraynanın Rusiyanın daxilindəki hədəflərə hücumuna kömək edəcək hər-hansı kəşfiyyat məlumatları Kiyevə təqdim edilməyəcək.
Bu məlumatı analiz etsək, ortaya bir neçə məqam çıxır. Birincisi, yayılan məlumat düzdürsə (səhv olmaq xətası azdır), o zaman Rusiya ilə ABŞ sövdələşməyə gediblər. Bu sövdələşmənin əsasında o dayanır ki, Rusiya ABŞ-a haradasa güzəştə gedəcək, ABŞ da Rusiyanın hansısa hərəkətinə göz yumacaq. İndi pərdəarxasında həmin güzəşt coğrafiyasının xəritələri müzakirə mövzusu ola bilər, hərçənd ki, “iki qoç”un başı bir qazanda qalmayacaq.
İkinci baxış kimi bunu irəli sürə bilərik ki, ABŞ Ukraynaya 40 milyard dollarlıq silah verdikdən sonra Kiyevi təkbaşına buraxır və Rusiya ilə münasibətləri qaydasına salmağa çalışır, axı ABŞ-ın tətbiq etdiyi sanksiyaların dalğası elə özünə qarşı da çevrilir.
Üçüncü nöqteyi-nəzərdən yanaşanda isə buraya ABŞ-ın blef etməsi ehtimalı daxildir. Məqsəd Rusiyanın daha çox yüksək rütbəli hərbçilərinin Ukraynaya girişinə nail olmaq və onların trafiki barədə dərhal Kiyevə məlumat verməkdir.
Hər nə qədər təzadlı görünsə də, bu, batinin deyil, zahirin ziddiyyətləridir. Onsuz da nəticədə Rusiya ilə Ukrayna deyil, Rusiya ilə Qərb razılıq əldə edəcəklər. Qərblə Rusiya arasındakı bu ziddiyyətlərin yaratdığı qlobal təzyiq isə digər ərazilərə sıçrayacaq.
1298 dəfə oxundu