Mikayıl Cabbarov Qurbanqulu Berdımuhammedovla görüşdü

Mikayıl Cabbarov Qurbanqulu Berdımuhammedovla görüşdü

Türkmənistanda səfərdə olan Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin Xalq Məsləhətxanasının sədri Qurbanqulu Berdımuhammedovla görüşüb.

Yenisabah.az xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin gücləndirilməsi, o cümlədən parlamentlərarası əlaqələrin yaradılması müzakirə edilib.

Tərəflər son illər Azərbaycan-Türkmənistan tərəfdaşlığının müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafına güclü təkan olduğunu, iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin intensivləşdirilməsi, eləcə də qarşılıqlı məsləhətləşmələr vasitəsilə təcrübə mübadiləsinin aparılması üçün böyük potensialın olduğunu qeyd ediblər.

Azərbaycan və Türkmənistan rəsmiləri min olduqlarını bildiriblər ki, hüquqi sahədə əməkdaşlıq ticari-iqtisadi və digər sahələrində əlaqələrin möhkəmləndirilməsi üçün mühüm alət rolunu oynayacaq, iki xalqın dostluğunu və mehriban qonşuluğunu möhkəmləndirəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1072 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...