“Rusiya mayın 9-da Ukraynaya müharibə elan edəcək” - Baş nazir

“Rusiya mayın 9-da Ukraynaya müharibə elan edəcək”  -

“Rusiya mayın 9-da Ukraynaya qarşı müharibə elan etmək niyyətindədir”.

“Report” “Interfaks Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal brifinqdə bildirib.

“Tərəfdaş ölkələrin kəşfiyyat xidmətlərinin məlumatına görə, mayın 9-da Rusiyanın Ukraynaya müharibə elan etmək niyyəti var. Başa düşürük ki, belə söhbətlərin müzakirəsi yüksək siyasi rəhbərlik səviyyəsində aparılır. Bu baş verəcəkmi – görərik”, - o söyləyib.

D.Şmıqal qeyd edib ki, belə bir ssenari baş verərsə, bu, Rusiyanın sivil demokratik dünyaya müharibə elan etməsinin növbəti təsdiqi olacaq:

“Ukrayna öz azadlığını, ərazisini, suverenliyini, ailələrimizin həyatını və torpaqlarımızı müdafiə edəcək. İstənilən halda biz işğalçı üzərində tam qələbəyədək mübarizə aparacağıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1874 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...