“Vilayət Quliyevdə bu bacarıqların hamısı var” – Həsən Həsənov
“Vilayət Quliyevin Prezident tərəfindən yenidən səfir təyin olunması həm diplomatlar, həm də xalq tərəfindən çox müsbət qarşılanır”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycanın keçmiş Baş naziri, sabiq XİN rəhbəri, peşəkar diplomat Həsən Həsənov deyib.
Dostluq münasibətində olduğu Vilayət Quliyevin Bosniya və Herseqovinaya səfir təyin edilməsinə sevindiyini deyən Həsən Həsənov bu seçimin düzgün olduğunu vurğulayıb.
“Prezident çox düzgün seçim edib. Vilayət Quliyev uzun illərdir diplomatiya sahəsində çalışıb. Həm nazir, həm də səfir olub. Bu vəzifələrdə də bacarıqlı, düzgün diplomat kimi özünü təsdiqləyib. Burada ölkənin seçimi düzgündür. Çünki Bosniya və Herseqovina çox mürəkkəb struktura malik dövlətdir. Həmin ölkədə səfir kimi fəaliyyət göstərmək üçün çox böyük diplomatik ustalıq lazımdır. Vilayət Quliyevdə bu bacarıqların hamısı var. Diplomatımıza uğurlar arzulayıram”, - səfir Həsən Həsənov vurğulayıb.
Qeyd edək ki, Vilayət Muxtar oğlu Quliyev ötən gün Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Təcrübəli diplomat, tərcüməçi, ədəbiyyatşünas və tənqidçi Vilayət Quliyev 1952-ci il noyabrın 5-də Ağcabədi rayonunun Ağcabədi qəsəbəsində fəhlə ailəsində anadan olub. Beyləqan rayonundakı Şahsevən orta məktəbini bitirdikdən sonra ADU-nun Fılologiya fakültəsində təhsil alıb. (1970-1975).
Üç il orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib, daha sonra Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olub. Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi (1981-1985), böyük elmi işçi (1985-1987), elmi işlər üzrə müdir müavini, aparıcı elmi işçi (1987-1994) vəzifələrində çalışıb.
Vilayət Quliyev 1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri olub. 2004-2010-cu illərdə Azərbaycanın Polşadakı səfiri işləyib. 2010-cu ildən 23 iyul 2021-ci ilədək Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub.
1488 dəfə oxundu