Saleh Rüstəmli və Hüseyn Abdullayev əfv oluna bilər – Siyahıda ömürlük məhbus da var

Saleh Rüstəmli və Hüseyn Abdullayev əfv oluna bilər –
Hüquq müdafiəçiləri "siyasi məhbus" hesab edilən 37 nəfərin əfv edilməsi üçün onların sənədlərini Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına təqdim edib.



Bu barədə Modern.az-a hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu məlumat verib.



Onun sözlərinə gərə, siyahı artıq komissiyaya göndərilib:



“Həbsdə olan jurnalistlər, bloqerlər, hüquq müdafiəçiləri, qəzet redaktorları və digərləri bu siyahıya daxildir. Əfv Məsələləri Komissiyasına göndərdiyimiz siyahıda AXCP fəalı Saleh Rüstəmli, ömürlük həbs cəzası alan Şəmsi Səmədzadə, sabiq deputat Hüseyn Abdullayev və digər tanınmışların da adı var”.



Hüquq müdafiəçisi sabiq deputat Eldəniz Səlimovun siyahıya salınıb-salınmaması ilə bağlı sualımızı da cavablandırıb. Novella Cəfəroğlu bildirib ki, Eldəniz Səlimov bununla bağlı onlara müraciət etməyib.



Qeyd edək ki, Azərbaycanda 28 May Müstəqillik Günü ilə əlaqədar əfv sərəncamının imzalanması gözlənilir. Aprelin 26-da Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2140 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...