"Xerson mayın 1-dən rubldan istifadəyə keçəcək" - Rusiya rəsmiləri

"Xerson mayın 1-dən rubldan istifadəyə keçəcək" -
Rusiyanın ələ keçirdiyini iddia etdiyi Ukraynanın cənubundakı Xerson şəhəri mayın 1-dən rubldan istifadəyə keçəcək.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, bu barədə regionun hərbi-mülki administrasiyasının sədr müavini Kirill Stremousov məlumat verib. O bildirib ki, keçid dörd ay ərzində baş verəcək və bu müddət ərzində Rusiya rublu və Ukrayna qrivnası dövriyyədə olacaq.
O əlavə edib ki, bu müddətdən sonra region tamamilə Rusiya valyutasından istifadəyə keçəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1868 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...