Azərbaycan Prezidenti Gürcüstana səfərə dəvət edilib

Azərbaycan Prezidenti Gürcüstana səfərə dəvət edilib
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana səfərə dəvət edilib.

"Report"un xəbərinə görə, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.

O, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin salamlarını və Gürcüstana səfər etməklə bağlı dəvətini Prezident İlham Əliyevə çatdırıb.

Prezident İlham Əliyev salamlara və səfərə dəvətə görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1531 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...