"Fuad Muradovu kim tənqid edirsə, onun adı siyahıdan silinir"
“Diasporla İş Üzrə Dövlət Komitəsinin həyata keçirdiyi bugünki işlər işə sıfırdan başlamaq deməkdir. Bu gün Diasporla İş Üzrə Dövlət Komitəsi sanki 2018-ci ilə qədər, yəni Nazim İbrahimovun dövründə heç bir iş olmamış kimi göstərməyə çalışır. Sanki Fuad Muradova qədər görülən işlər nə diasporun işi, nə də komitənin gördüyü işlər sanki heç olmayıbmış kimi davranılır. Komitə sanki 2018-ci ildə yaranmış kimi işləyir. Problem də bundadır. Yəni sanki Heydər Əliyev dövrndə yaranan komitə heç bir iş görməyibmiş. Bu, böyük bir problemdir. Etiraf etməliyik ki, həmin dövrdə komitənin də çox ciddi xətaları olub. Amma həmin tarixlərdə imkanları az olsa belə, diasporun çox güclü fəaliyyəti olub. Yəni Azərbaycan diasporu son 17-18 ildə, yəni 2001-2018-ci ilə qədər çox böyük işlər görüb”.
Bu barədə Bizimyol.info xəbər portalına “Belçika Azərbaycan Evi”nin sədri Bülənt Gürçam danışıb. O, qeyd edib ki, "bu il Şuşada keçiriləcək qurultayla bağlı çox böyük, ciddi mübahisələr var. Kimlər dəvət edilməlidir, kimlər gəlməlidir? Bu suallar müzakirə edilir. Onun sözlərinə görə, böyük ehtimalla son 4 ildə Fuad Muradovun özünün yaratdığı və adına “Azərbaycan evləri” dediyi təşkilatlar dəvət ediləcək".
Bülənt Gürçam Bülənt Gürçam
“"Azərbaycan evi" deyilən təşkilatın ilk qurucusu mənəm. Bu, ilk dəfə mənim tərəfimdən Belçikada qurulub. O zamanlar bu ad insalara yad gəlirdi. Soruşurdular ki, “niyə Azərbaycan evi”? Heç kim ciddiyə alımırdı. Amma indi Fuad Muradovun yaratdığı, onun tanışlarının yaratdığı bütün təşkilatlar “Azərbaycan evləri” adlandırılır. Məncə yalnız onlar dəvət olunacaq. Bizimlə o dövrdə çalışan Hollandiyada, Almaniyada və digər ölkələrdə var.
Diaspor Komitəsinin siyasətinə kim boyu əyirsə, onları qəbul edirlər. Fuad Muradovu kim tənqid edirsə, onun adı diaspor siyahısından silinir. Bura mən də daxiləm. Fuad Muradov, təyinat aldığı zaman məni dəvət etmişdi. Getdim, fikirlərimi bildirdim, komitənin düzgün işləmədiyini, çox sayda xətalar olduğunu dedim. Buna görə də artıq bizi daha heç yerə dəvət etmirlər. Bilirlər ki, biz doğruları danışacağıq” - deyən Gürçam bildirib ki, bugün həqiqətən də diaspor ən acınacaqlı dövrünü yaşayır.
Gürçam qeyd edir ki, diaspor parçalanıb. Belə ki, disapor hazırda “öz adamları olanlar” və “öz adamları olmayanlar” deyə iki qrupa ayrılıb. Təşkilat sədri hesab edir ki, Fuad Muradov öz fikirlərini bəyənən adamlarla işləyir:
“Bizim kimi illərini vermiş insanlara ehtiyacları yoxdur. Həyata keçiriləcək qurultaya da öz adamlarını dəvət edəcəklər. Onlar da o salonda oturub sakitcə dinləyəcəklər, hər şey çox gözəlmiş kimi danışılacaq. Prezident orada olacaqsa, onu da inandırmağa çalışacaqlar ki, “hər şey çox gözəl gedir”. Amma diasporun çox böyük problemləri var. Hətta Azərbaycan prezidenti Avropaya gedərkən, Brüsseldə olarkən, mən də ordaydım. Orada olarkən çox ciddi narazılıqlar oldu, mitinqlər oldu, prezidentin qaldığı otelin qarşısına insanlar gəldi. Yəni diasporun işi əslində bu işləri təşkilatlandırmaq olmalıdır. Bizim prezidentimiz Brüsselə gələndə bizimkilər onu “protesto” edirdi. Ancaq diaspor düzgün şəkildə təşkilatlanma aparsa, orada olan diaspor təmsilçiləri hansı partiyadan olmasına baxmayaraq o işi görə bilməzdilər. Diaspor təşkilatları bunun qarşısını ala bilər. Keçən gün Brüsseldə də bir neçə nəfər əngəlləndi. Ancaq bunu təşkilatlanma şəklində etmək daha yaxşı olardı”.
Bülent Gürçamın fikrincə, Fuad Muradovun bu gün qurultaya çağırdığı insanlar, təşkilat sədrləri bu gücə sahib insanlar deyil. Onlar tələbələr, Avropada bir neçə ildir yaşayan əhatə dairəsi olmayan, maddi vəziyyəti yaxşı olmayan insanlardır.
“Brüsseldə bizim zamanımızda keçirilən tədbirlər salonlar dolu olardı. Bu gün Fuad Muradov bütün imkanlarını toplayıb, heç 10 nəfəri bir yerə yığa bilmir. Burada bir “ Azərbaycan evi” açıblar. Toplantılarına baxıram, 3-5 nəfər olur toplantılarında. Bu gün Avropada Azərbaycan diasporu ən ağır günlərini yaşayır. Təşkilatlar heç bir iş görə bilmirlər. Bunu hər cür sübut etməyə hazıram. Bunu görməmək mümkün deyil.
Təbii ki, Şuşa çox önəmlidir. Şuşanın Türk dünyası üçün çox böyük önəmi var. Qarabağ, bu gün bir uğurdur. Ancaq keçirilən qurultay sadəcə reklam məqsədi daşıyır. Məndə olan məlumata görə, ora heç bir əcnəbi təşkilat, əcnəbi KİV dəvət edilməyib. Yəni bu barədə heç bir əcnəbi mediada yazılmayacaq. “Özləri çalıb, özləri oynayacaqlar”.
Qurultaya gələnlərin bu qurultay barəsində öz ölkələrində danışacaq və mediaya çatdıracaq gücü yoxdur. Sadəcə olaraq bu qurultay, diaspor çox gözəl inkişaf edirmiş və Fuad Muradov öz səlahiyyətlərini çox yaxşı həyata keçirirmiş kimi prezidentdə göstərmək məqsədilə bir oyundur. Reallıqları danışmaq lazımdır. Ölkə başçısı bilməlidir ki, bu bir oyundur. Heç bir effekt olmayacaq. Sadəcə əyləncə məqsədilə keçiriləcək bir tədbirdir. Şuşada nə oldu, Şuşanın dəyəri nədir, bunu dünyaya çatdıra bilməyəcəklər” - deyə təşkilat sədri bildirib.
B.Gürçam qeyd edir ki, yeni yaradılan təşkilatlar gördükləri hər işi “göstəriş” üçün edirlər. Görə bilmədikləri işi isə, görmüş kimi göstərirlər. “Göz boyayıb” demək istəyirlər ki, “Bizim fəaliyyətimiz gözəldir”. Bundan 30 il əvvəl yazılanlar, keçirilən mitinqlər və Avropada görülən işlərin üzərindən xətt çəkib, ancaq öz dövrlərini anlatmağa çalışırlar.
P.S. Təşkilat sədrinin iddiaları ilə bağlı Diasporla iş üzrə dövlət komitəsinə sorğu göndərmişik. Cavablandırıldığı zaman diqqətinizə çatdıracağıq.
2023 dəfə oxundu