“Moskva-Kiyev danışıqlarında vəziyyət mürəkkəbdir” - Türkiyə prezidentinin sözçüsü

“Moskva-Kiyev danışıqlarında vəziyyət mürəkkəbdir” -

“Türkiyə Moskva və Kiyevi danışıqlar masasına oturtmaq üçün səylərini davam etdirir, vəziyyət mürəkkəbdir”.

Bu açıqlama ilə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın çıxış edib.

İ.Kalın bu gün İstanbulda Prezident Sarayında ABŞ konqresmenləri ilə görüşüb.

O bəyan edib ki, Türkiyə Ukraynadakı böhrana son qoymaq üçün Antalya və İstanbulda iki mühüm toplantıya ev sahibliyi edib.

“Türkiyə hər iki tərəfin danışıqlar masasına oturmasını təmin etmək üçün əlindən gələni etməyə davam edir”, - deyə Türkiyə prezidentinin sözçüsü vurğulayıb.

Mənbə: Star



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1536 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...