Minsk qrupunun fransız həmsədri Arayiklə görüşü RƏDD EDİB

Minsk qrupunun fransız həmsədri Arayiklə görüşü
ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bris Rokfeyl Qarabağdakı separatçı tör-töküntünün rəhbəri Arayik Arutyunyanla görüşdən imtina edib.

Modern.az-ın xəbərinə görə, bu barədə Ermənistanın “Hraparak" qəzeti məlumat yayıb.

Ermənistan mediası iddia edir ki, görüşdən imtinaya səbəb Qarabağdakı separatçıların Ukraynadakı qondarma “Donetsk və Luqansk xalq respublikaları”nı tanıması olub.

Məlumatlara görə, Xankəndidəki separatçıların rəhbəri Arayik Arutyunyan və onun özünü "xin başçısı" kimi təqdim edən yandaşı David Babayan fransalı həmsədrlə görüşməyə cəhd edib. Məqsəd fransalı həmsədrə yalvarmaq, ATƏT-in Minsk qrupunu Qarabağla bağlı danışıqlarda aktivliyə çağırmaq olub.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bris Rokfeyl aprelin 11-də İrəvana səfər etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2053 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...