Sanksiyalar Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələrə mənfi təsir göstərib

Sanksiyalar Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələrə mənfi təsir göstərib
Qərbin Rusiya və Belarusa qarşı görülməmiş miqyasda qeyri-qanuni sanksiyaları Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olan ölkələrə öz təsirini göstərib, “beşlik” nəticələrin aradan qaldırılması istiqamətində işlər aparır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Yevdokimov açıqlama verib.

“Şübhəsiz ki, Qərbin son aylarda Rusiya və Belarusa qarşı tətbiq etdiyi, öz miqyasında misli görünməmiş qeyri-qanuni birtərəfli məhdudlaşdırıcı tədbirlər, vahid bazar çərçivəsində dərin qarşılıqlı iqtisadi əlaqələrin mövcudluğu səbəbindən AİB-in üzvü olan ölkələrə təsirsiz ötüşə bilməzdi”, – deyə diplomat bildirib.

“Beşliyin” əsas diqqəti Qərb sanksiyalarının mənfi nəticələrinin aradan qaldırılması, AİB bazarının həm sənaye, həm də kənd təsərrüfatı malları ilə təmin edilməsi üzrə tədbirlərin görülməsinə yönəlib. Bu kontekstdə idxalı əvəzetmə siyasəti ən böyük effektə malikdir”, – deyə Evdokimov vurğulayıb.

Mənbə: RİA Novosti



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1982 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...