"Rusiya qüvvələrini cəmləyir, iki-üç həftə ərzində..." - Britaniya MN

"Rusiya qüvvələrini cəmləyir, iki-üç həftə ərzində..." -
Rusiya qüvvələrini yenidən cəmləməyə davam etdiyi üçün Ukraynanın şərqində qarşıdakı iki-üç həftə ərzində döyüşlər güclənəcək.

Yeniavaz.com “BBC” istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

MN Rusiyanın Donetsk və Luqansk yaxınlığındakı hücumları, cənubdakı Xerson və Nikolayev şəhərləri ətrafında davam edən döyüşlər barədə məlumat verib.

Britaniya kəşfiyyatının məlumatına görə, ruslar da Kramatorska doğru irəliləyirlər.

Qeyd olunur ki, keçən həftə burada Kramatorsk dəmiryol vağzalına raket düşməsi nəticəsində onlarla insan həlak olub.

MN əlavə edir ki, Rusiya Ukraynanın şərqinə yenidən qüvvələrini yerləşdirmək üçün Belarus üzərindən səfərlərini davam etdirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1527 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...