"İnsanlar bankdan yox, deputatdan kredit istəyir" - Siyavuş Novruzov

"İnsanlar bankdan yox, deputatdan kredit istəyir" -
"Bank sistemində çox ciddi problemlər var”.

Gundeminfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, insanlar artıq bankdan yox, deputatdan kredit istəyir: “Ölkəmizdə vətəndaşlara verilən kredit faizləri digər ölkələrdən yüksəkdir. Bu faizlər heç olmasa birrəqəmli faizlərə salınsın. Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var. Vətəndaşların bu valyuta ehtiyatlarının müəyyən hissəsinə əlçatanlığı təmin edilməlidir.

Hazırda dünyada pul-maliyyə siyasəti dəyişib. Digər ölkələrin milli valyutalarında olan problemlər Azərbaycandan da yan keçmir”. /unikal/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1472 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...