Şahmatçımız FIDE turnirlərində iştirakdan imtina etdi: "Yaşasın Ukrayna!"

Şahmatçımız FIDE turnirlərində iştirakdan imtina etdi:
Azərbaycan şahmatçısı Rauf Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) turnirlərində oynamayacağını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə əqrossmeyster şəxsi feysbuk hesabında bildirib.

"Nə qədər ki, FIDE prezidenti Rusiyapərəstdir, müharibə gedənədək bu qurumun turnirlərində oynamayacağıma söz verirəm. Yaşasın Ukrayna", - deyə Məmmədov yazıb.

Qeyd edək ki, Rauf Məmmədovun həyat yoldaşı Natalya Buksa ukraynalıdır. FIDE prezidenti isə rusiyalı Arkadi Dvorkoviçdir



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
590 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...