Aİ Ukraynaya müstəntiqlər göndərəcək

Aİ Ukraynaya müstəntiqlər göndərəcək
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa İttifaqının Rusiya Federasiyasının işğalçı qüvvələrinin hərbi cinayətlərini sənədləşdirmək üçün Ukraynaya müstəntiqlər göndərməyə hazır olduğunu bəyan edib.

"Unikal" xəbər verir ki, bu barədə Aİ prezidenti məlumat yayıb.

"Mən Ukrayna prezidenti Vladimir Zelenski ilə Buçada və Ukraynanın başqa yerlərində dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı danışdım. Aİ Ukrayna Baş Prokuroru ilə koordinasiya əsasında müharibə cinayətlərini sənədləşdirmək üçün Birgə İstintaq Qruplarını göndərməyə hazırdır", - deyə fon der Layen bildirib.

O, həmçinin Ukraynada baş verənləri Avropa İttifaqının Hüquq Mühafizə Orqanları üzrə Əməkdaşlıq Agentliyi (Europol) və Avropa Birliyinin Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyi (Eurojust) tərəfindən dəstəkləndiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
508 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...