Rusiya XİN Azərbaycanla bağlı yaydığı bəyanatda təxribata yol verdi - FOTO
“Aprel Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının ildönümüdür. Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ruisya Xarici İşlər Nazirliyinin Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin 30 illiyi ilə əlaqədar bəyanatında deyilir.
Bəyənatda bildirilir:
“İki ölkə arasında münasibətlər bərabərlik və mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə obyektiv töhfə verir. Əməkdaşlıq ən yüksək səviyyədə, həm xarici işlər nazirlikləri, həm də parlament xətti ilə, əsas idarələrin rəhbərləri səviyyəsində fəal inkişaf edir.
Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmayan MDB ölkələri arasında Rusiyanın əsas ticarət tərəfdaşıdır. Biznes icmaları arasında əlaqələr, o cümlədən kiçik və orta biznes vasitəsilə genişlənir. İkitərəfli əməkdaşlığın mühüm elementi İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır.
2024-cü ilə qədər Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı həyata keçirilir: bura ticarətdə maneələrin aradan qaldırılmasını, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsini, yüksək texnologiyalı birgə sənaye müəssisələrinin yaradılmasını, Azərbaycan iqtisadiyyatının səmərəliliyinin yüksəldilməsi üçün Rusiya texnologiyalarından istifadəni və qarşılıqlı turist mübadiləsinin artırılmasını nəzərdə tutan beş yol xəritəsi daxildir.
Hərbi-texniki əməkdaşlıq inkişaf edir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini fəal şəkildə təşviq edir. Xəzər dənizində əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Rusiya və Azərbaycan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya ediblər. Bu, Xəzər beşliyi çərçivəsində qarşılıqlı fəaliyyət üçün geniş imkanlar açır.
Mədəniyyət, humanitar və təhsil sahələrində Rusiya-Azərbaycan əməkdaşlığı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı üçün prioritet istiqamətlərdən biri olmaqda davam edir. Azərbaycanın məktəb və universitetlərində rus dilində təhsil mövcuddur. 2010-cu ildən M. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, 2015-ci ildən isə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyət göstərir.
Regionlararası əməkdaşlıq dinamik şəkildə genişlənir. Rusiya Federasiyasının 83 subyektindən 72-si Azərbaycanla əməkdaşlıq edir. Aktiv tərəfdaşlar arasında Dağıstan, Tatarıstan, Moskva və Sankt-Peterburq, Həştərxan, Moskvovskaya, Saratov, Sverdlovsk, Çelyabinsk vilayətləri və digər regionlar var”.
Qeyd edək ki, Rusiya XİN-in sözügedən bəyanatının mətnində “Dağlıq Qarabağ” ifadəsi işlədilib. Bununla yanaşı, Nazirliyin rəsmi vkontakte hesabındakı paylaşımında “Dağlıq Qarabağ” həştəqindən istifadə edilib.
Xatırladaq ki, bu yaşanan ilk belə hal deyil. Daha əvvəl də Rusiyanın Müdafiə Nazirliyi təxribata yol verərək “Dağlıq Qarabağ” ifadəsi işlədib. Azərbaycan XİN isə məsələyə dərhal reaksiya bildirərək, bu kimi halların hər iki ölkə arasındakı qarşılıqlı münasibət prinsiplərinə zidd olduğunu bildirib.
616 dəfə oxundu