Cənubi Osetiya Rusiyaya birləşmək üçün referendum keçirəcək
Gürcüstandan birtərəfli qaydada müstəqilliyini elan edən Cənubi Osetiya Respublikasının prezidenti Anatoli Bibilov yaxın vaxtlarda Rusiyaya birləşmək üçün referendum keçirəcəklərini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Cənubi Osetiya Respublikasının prezidenti Anatoli Bibilov Rusiya KİV-ə açıqlama verib. O, Rusiya ilə birləşmənin strateji hədəfləri olduğunu ifadə edərək, "Yaxın zamanda müvafiq hüquqi addımlar atacağıq", - deyib.
“Vahid Rusiya” partiyasından olan deputat Andrey Klimov TASS xəbər agentliyinə deyib ki, referendum qəbul olunan kimi Rusiya Cənubi Osetiyanı ilhaq etməyə hazırdır.
Bu addımın Ukraynada müharibə davam edərkən yeni böhranı alovlandıracağı və Rusiya ilə Qərb ölkələri arasında gərginliyi daha da artıracağı gözlənilir.
Qeyd edək ki, 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında Cənubi Osetiya müharibəsi kimi tanınan münaqişələr olub və Rusiyanın hərbi müdaxiləsindən sonra Moskvanın dəstəklədiyi Abxaziya və Cənubi Osetiya bölgələri Gürcüstandan birtərəfli müstəqillik elan edib. Rusiya 2008-ci ildə bu iki rayonun müstəqilliyini tanıdığı halda, Gürcüstan da öz növbəsində Rusiya ilə diplomatik əlaqələri kəsib.
1092 dəfə oxundu