Rusiya ilkin şərtlərdən imtina edir: Bu tələblər olmayacaq

Rusiya ilkin şərtlərdən imtina edir:
Rusiya danışıqlar zamanı daha Ukraynanın "denasifikasiyasını” tələb və NATO-ya üzv olmaqdan imtina etmək müqabilində Kiyevin Avropa Birliyinə daxil olmasına etiraz etməyəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” dörd mənbəyə istinadən xəbər yayıb.

FT-nin məlumatına görə, atəşkəs sənədi layihəsində Rusiyanın ilkin üç əsas tələbi - "denasifikasiya", "demilitarizasiya" və Ukraynada rus dilinin hüquqi müdafiəsi ilə bağlı heç bir müddəa yoxdur. Nəşr yazır ki, Rusiyanın bu imtinasının səbəbi bir ay davam edən müharibədə Ukrayna ordusunun gözlənildiyindən daha güclü müqavimət göstərməsi və Rusiyanın hərbi əməliyyatlarda yaranan çatışmazlıqları olub.

Bununla belə, FT-yə görə, Ukrayna və onun tərəfdaşları güzəştlərə şübhə ilə yanaşır. Danışıqların gedişi ilə bağlı məlumat verən mənbə bildirib ki, Rusiya həm hərbi təzyiq, həm də tələblər baxımından mövqeyini tez-tez dəyişir. Bu da Ukrayna tərəfini narahat edir.

Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsi bu gün İstanbulun Dolmabahçe sarayında keçirilir.

Bundan əvvəl Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba bildirib ki, danışıqlarda humanitar məsələlər həll olunmalıdır və "maksimum proqram” atəşkəsdir, hazırda tərəflər heç bir bəndlə bağlı razılığa gəlməyiblər. O, həmçinin qeyd edib ki, Ukrayna suverenliyindən, insanlarından və ərazilərindən imtina etməyəcək, Rusiya yenidən ultimatum dili ilə danışsa, danışıqlar heç bir nəticə verməyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1289 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...