Zelenski Krım və Donbassla bağlı şərtini açıqladı

Zelenski Krım və Donbassla bağlı şərtini açıqladı
“Krım və Donbassla bağlı məsələ Ukrayna təhlükəsizlik zəmanəti aldıqdan sonra həll edilməlidir”.

Azpost.info bildirir ki, bu sözləri Ukrayna prezidenti Zelenski Zelenski “Suspilne” telekanalına müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, təhlükəsizlik təminatları Rusiya və Ukrayna arasında kompromislər üçün əsas prioritetdir: “İnanıram ki, bu, hamı üçün – həm Krım, həm də Donbass üçün çox çətin məsələdir. Oradan hansısa çıxış yolu tapmaq üçün dediyim kimi siz təhlükəsizlik zəmanətləri, müharibənin sonu ilə bağlı ilk addımı atmalısınız”- Zelenski Suspilne telekanalına müsahibəsində bildirib.

Onun fikrincə, Ukraynanın üzvlüyə qəbul üçün hazır olmayan NATO-ya daxil olmaqla bağlı “sakitləşməyə” ehtiyac var.

“Təhlükəsizliyimizin qarantı olmaq istəyən NATO üzvü ölkələr var. Amma onlar bizə alyansa 100 faizlik üzvlük zəmanəti verə bilmirlər. Lakin onlar bizə alyansın üzvü kimi etməli olduqları hər şeyi etməyə hazırdırlar. Mən inanıram ki, bu hamı üçün- NATO-ya üzvlüklə bağlı bizimlə nə edəcəyini bilməyən Qərb üçün, təhlükəsizlik zəmanəti istəyən Ukrayna və NATO-nun genişlənməsini istəməyən Rusiya üçün normal kompromisdir”- deyə Prezident vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1525 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...