Hikmət Hacıyev Azərbaycanın Ukraynaya humanitar yardımından danışıb

Hikmət Hacıyev Azərbaycanın Ukraynaya humanitar yardımından danışıb
“Ukraynadakı humanitar böhranı görürük və Azərbaycan tərəfindən humanitar yardımlar davam edir”.

“Report”un Türkiyə bürosu xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

“Cənab Prezidentin tapşırığına əsasən, birinci növbədə 6 milyon avro dəyərində tibbi ləvazimat Ukrayna xalqına çatdırılıb. Bu gün Azərbaycan Ukrayna xalqının ehtiyacları üçün əlavə olaraq 5,5 milyon avro civarında ərzaq məhsulları və tibbi ləvazimatlardan ibarət humanitar yardım göndərib. Bundan başqa, “SOCAR Ukrayna” təcili yardım, yanğınsöndürmə avtomobillərini pulsuz benzinlə təmin edir”, - H.Hacıyev vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1754 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...