Ukraynanı Rusiya ilə danışıqlarda təmsil edən şəxslərdən biri öldürülüb

Ukraynanı Rusiya ilə danışıqlarda təmsil edən şəxslərdən biri öldürülüb
Rusiya ilə danışıqların birinci raundunda Ukrayna nümyəndə heyətinin üzvü olmuş Deniks Kireyev öldürülüb.

“Report” zn.ua-ya istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları onu saxlamaq üçün xüsusi əməliyyat keçirib.

D.Kireyev saxlanılan zaman ölüb.

Hadisənin təfərrüatı məlum deyil.

Məlumata görə, D.Kireyev dövlətə xəyanətdə şübhəli bilinirmiş.

Qeyd edək ki, D.Kireyev 1977-ci ildə Ukraynanın Kiyev şəhərində anadan olub. Maliyyə sektorunda çalışıb.

Ukraynanı Rusiya ilə danışıqlarda təmsil edən şəxslərdən biri öldürülüb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1640 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...