“Rusiya bütün qoşunlarını Ukraynadan çıxarmalıdır" - NATO-nun Baş katibi

“Rusiya bütün qoşunlarını Ukraynadan çıxarmalı və dərhal diplomatiya yoluna qayıtmalıdır”.
“Rusiya bütün qoşunlarını Ukraynadan çıxarmalıdır" -


“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Alyans Ukraynaya dəstəyini artırıb: “Bu gün ciddi bir böhranla üz-üzəyik. Bizim əsas vəzifəmiz üzvlərimizin təhlükəsizlyini təmin etməkdir. Ukraynadakı durumun digər ölkələrə yayılmamasını istəyirik. Bu, daha təhlükəli olar”.

NATO-nun Baş katibi Ukrayna dövləti və xalqının Rusiya işğalına qarşı müqavimətini yüksək qiymətləndirib: “Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin gücünü ciddi qəbul etmədi. Əlbəttə, Ukraynaya dəstəklər də davam edir. Volodimir Zelenskinin cəsarəti sayəsində Ukrayna xalqı çox inamlı davranır. Göstərilən yardımlar çox mühümdür. Dəstəyimizi artıracağıq. 2014-cü ilə nisbətədn Ukrayna ordusunda çox inkişaf var”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1210 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...