““Təpəgöz”ü misal göstərəndə Rusiyanı nəzərdə tuturdum” - Tahir Kərimli

““Təpəgöz”ü misal göstərəndə Rusiyanı nəzərdə tuturdum”  -
"Məni təhdid edən həmin adamın Rusiyanın paytaxtı Moskva şəhərindəki ünvanı təsdiqlənib. Hazırda onun Azərbaycanla əlaqələri araşdırılır. Gizlətmək lazım deyil, mən "təpəgöz"ü misal göstərəndə Rusiyanı nəzərdə tuturdum. Ermənilər və onlara havadarlıq edənlər, bahalıq yaradanlar, inhisarçılığa yol verənlər, millətin çörəyinə göz dikənlər yeddibaşlı əjdahadırlar. Onların başını kəsmək lazımdır. Müraciət edib bilmirmişəm ki, cənab Prezident, mən sizdən başqasını görmürəm, dəqiq bilirəm ki, bunun kökünü kəsməyi, əjdahanı məhv eləməyi yalnız siz bacararsız".

Gundeminfo.az bildirir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli bir neçə həftə əvvəl sosial şəbəkələrdə yayılan videosu və ona qarşı edilən təhdid barədə danışarkən deyib.

Deputat bildirib ki, onun bu çağırışları xalqından ötürüdür: "Təəssüflər olsun ki, xalqda mənə qarşı mənfi fikir formalaşdırdılar. 30 il əvvələ aid videomu paylaşıb deyirlər ki, Tahir yazıq Əbülfəz Elçibəyin əleyhinə çıxış edib. Amma mən yazıq dedikləri Elçibəyə deyirdim ki, hakimiyyəti təhvil vermə. Deyirlər, guya mən indiki hakimiyyətin lider olmasından ötrü əlbir olub Əbülfəz Elçibəy kimi yazıq adama qarşı çıxmışam. Hamısı mənim əleyhimə qurulmuş kampaniyadır. Əksinə, mən deyirdim ki, zülmlə qurduğumuz xalq hakimiyyətini təhvil verməməliyik. Bu, məni yandırıb-tökür. Vəziyyət elədir ki, öz yaxınlarım mənim yanımda olmaqdan qorxurlar ki, birdən mənə nəsə olsa, onlara da olar. Yəni, hətta bu vəziyyətdə belə, haqqımda mənfi düşüncələr formalaşıb, xalqın mənə münasibəti ürəkağrıdıcıdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
786 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...