Pentaqondan Putinin "nüvə xəbərdarlığı"na CAVAB

Pentaqondan Putinin "nüvə xəbərdarlığı"na
“Pentaqon Rusiya Federasiyasının nüvə qarşısının alınması qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirdiyinə şübhə etmir”.
Yeniavaz.com xəbər verir ki, müvafiq bəyanat ABŞ Müdafiə Nazirliyinin saytında dərc olunub. Bildirilib ki, ABŞ rəsmiləri Rusiya prezidenti Vladimir Putinin Rusiyanın nüvə qarşısının alınmasını yüksək hazırlıq vəziyyətinə gətirdiyinə dair xəbərlərə şübhə etmirlər.
"Bizim bu xəbərlərin doğruluğuna şübhə etməyə heç bir əsasımız yoxdur", - yüksək rütbəli müdafiə rəsmisi brifinqdə deyib.
Rəsminin fikrincə, bu, Putin tərəfindən lazımsız addımdır, çünki Rusiya heç vaxt NATO tərəfindən təhdid edilməyib:
"Biz özümüzü, müttəfiqlərimizi və tərəfdaşlarımızı, o cümlədən strateji çəkindirmə sahəsində qorumaq qabiliyyətimizə əminik".
Xatırladaq ki, fevralın 27-də Rusiya prezidenti Vladimir Putin müdafiə naziri və Baş Qərargah rəisinə nüvə qarşısının alınması qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirilməsi barədə göstəriş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
728 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...