Vasitəçisiz qalan Rusiya-Ukrayna gərginliyi - dəyişməyən mövqelər
Rusiya-Ukrayna münasibətlərində gərginlik davam edir. Tərəflər qarşılıqlı ittihamlar səsləndirməklə bir-birinə etmadı da azaldır. Təəssüf ki, bu gərginliyin aradan qaldırılması istiqamətində fəaliyyət göstərən vasitəçilərin işi zəifdir və ya yox səviyyəsindədir. Ukrayna ərazi bütövlüyü və suveren hüquqularının qorunmasını tələb edir. Rusiya NATO-nun sərhədlərində yerləşəcəyindən ehtiyatlanaraq Ukraynanın Alyansa üzv qəbul edilməsini təhlükəsizliyinin təhdid olunması kimi qiymətləndirir. Rəsmi Moskva və Kiyev iki ölkə arasındakı sərhədə əlavə qoşun cəmləyir. ABŞ və müttəfiqləri Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə edir. “Normand formatı”nın prinsiplərinin icrasından danışılsa da, real addım atılmayıb.
Fevralın 16-17-də NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin toplantısı keçirilib. Yığıncaq Ukrayna ətrafındakı vəziyyətlə bağlı bəyanatla çıxış edib: “Rusiyanın Ukrayna və ətrafında, eləcə də Belarusda genişmiqyaslı, əsassız hərbi gücünü artırmasından dərin narahatıq. Biz Rusiyanın beynəlxalq öhdəliklərinə uyğun olaraq diplomatiya yolunu seçməyə və dərhal hərbi birləşməni dayandırmağa, qoşunlarını Ukraynadan çıxarmağa çağırırıq. Biz Rusiyaya qarşı ikili yanaşmamıza sadiq qalırıq: çəkindirmə və dialoqa açıq olmaqla müdafiə”. Ötən gün ABŞ Prezidenti Cozef Baydenlə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığında da müzakirə edilən əsas mövzu Ukrayna ətrafındakı vəziyyətlə bağlı olub. Almaniya hökuməti telefon danışığından sonra bildirib: “Ukrayna ətrafında hərbi eskalasiya riski qalmaqdadır, konstruktiv dialoqa ehtiyac var”.
Bir neçə gün əvvəl isə Ukrayna rəsmi olaraq, Rusiyadan sərhədləri yaxınlığında hərbi fəaliyyətə aydınlıq gətirməsi ilə bağlı 48 saat ərzində cavab tələb etmişdi. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirmişdi ki, Kiyev Moskvadan sərhəd bölgələrində və Krımda hərbi fəaliyyətlə bağlı ətraflı açıqlamalar istəyib: “Vyana sənədinin müddəalarına əsasən, Rusiya hərbi fəaliyyətin aparılması üçün dəqiq əraziləri təqdim etməli, onun başa çatma tarixini, habelə hərbi birləşmələrin adını, tabeliyini, həmçinin ona cəlb olunan silah və hərbi texnikanın növlərini, sayını bildirməlidir”. Ancaq Rusiya rəsmi Kiyevin möhlətinə məhələ qoymadı. Bununla da Moskva Ukraynanın açıqlamalarına əhəmiyyət vermədiyini nümayiş etdirdi.
Rusiya Müdafiə Nazirliyi fevralın 17-də bildirib ki, Rusiya Qərb Hərbi Dairəsinə məxsus tank qoşunları taqımının hərbi texnikası daimi dislokasiya yerinə qayıdır. Vurğulanıb ki, tanklar və tırtıllı başqa zirehli texnika dəmir yolu vasitəsilə min kilometrə yaxın məsafəyə daşınacaq. Böyük Britaniyanın hərbi kəşfiyyatının başçısı Cimi Hokenhall isə deyib ki, Moskva Ukrayna ilə sərhəddən qoşunlarını çəkdiyini bəyan etsə də, regiona hərbi qüvvə cəmləşdirməkdə davam edir: “Rusiyanın qoşunlarını Ukrayna ilə sərhəddən çəkməsinə dair sübut yoxdur”. ABŞ mənbələri Kremlin Ukrayna ilə sərhədə əlavə olaraq 7 minədək hərbçi yerləşdirdiyini açıqlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiya tərəfinin sərhəddən çəkilmədiyini söyləyib. Belə nəticəyə gəlmək olar ki, Moskva siyasi və hərbi mövqeyindən geri çəkilməyib. ABŞ və NATO-nun şərtlərini isə Kreml hələ də cavablandırmayıb. Moskva bildirib ki, Rusiya Prezidenti Vladimir Putin bu məsələni uyğun saydığı zaman cavablandıracaq. “Uyğun zaman” ifadəsinin arxasında isə xeyli müəmma var. Belə ehtimal etmək olar ki, qeyri-müəyyən davranış və bəyanatlarla Rusiya tərəflər arasındakı psixoloji müharibədə qarşı tərəfin yanlış addım atmasına səy göstərir. Bununla da Ukraynaya mümkün hərbi müdaxilənin məsuliyyətini qarşı tərəfin üzərinə qoymağa çalışır. Əslində, rəsmi Moskvanın Ukraynaya müdaxiləsi üçün başqa bəhanəsi də yox deyil. “Biz özümüzküləri darda qoymuruq” şüarı Kremlə məxsusdur. 2014-cü ildə Ukraynaya müdaxilə bu sloqanla başlamışdı. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Rusiya Ukraynaya müdaxilə etmək üçün Donbasda “soyqırım” və “kütləvi qırğın törədilməsi” kimi bəhanələrdən istifadə etməyə cəhd göstərir.
Göründüyü kimi, bu gərginlik hələ uzun müddət davam edə bilər. Belə şərait isə qarşılıqlı etimadsızlıq səbəbindən yaranıb. Bundan başqa, tərəflər arasında vasitəçilik edə biləcək dövlət və beynəlxalq təşkilatlar konkret mövqe ilə çıxış edirlər. Bu baxımdan “Rusiya ilə Ukrayna arasında müharibə olacaqmı” sualı da aktuallığını itirmir. İki dövlətin bir-biri ilə açıq döyüş edəcəyi ehtimalı azdır. Bununla belə, Ukraynanın antiterror əməliyyatları keçirəcəyi də istisna edilmir. Belə tədbirləri onlar əvvəllər də həyata keçiriblər.
Hələ ki Rusiya Qərb bloku qarşısında özünü daha təmkinli göstərməyə çalışır. Bu davranışı ilə maraqlarını və təhlükəsizliyini təmin etdiyini sübut etmək istəyir. Ancaq heç şübhəsiz bütün bunlar ümumi gərginliyə, eləcə də tərəflərin öz daxilindəki gərginliyə xidmət edir. Deməli, Rusiya və Ukrayna daxilində toplanmaqda olan gərginliyin də bir gün sosial partlayışa çevriləcəyi ehtimalı az deyil.
Rusiya keçmiş sovet respublikaları ərazilərindəki münaqişələrdə bu və ya başqa şəkildə iştirak edir, tərəfdir. Hazırda Ukrayna sərhədində hərəkət edən hər bir əsgər və hərbi texnika Rusiyanın dövlət büdcəsindən yeyir. Ukrayna ətrafında yaranan gərginliyin uzanması isə bu xərcləri artırır...
989 dəfə oxundu